Yükləyicinin sürücüsü tələb olunur

3 gün qalıb

Müraciət et

Yükləyicinin sürücüsü tələb olunur

Təsvir

  • Nə vaxt yerləşdirilib

    01/06/2026

  • Müraciət üçün son gün

    01/06/2026

  • Şəhər

    Bakı

  • Əmək haqqı

    Min. 614₼/aylıq

  • İş təcrübəsi

    1-3 il

  • Cins

    Bəy

SOCAR Azneft İB-dən vakansiya: Yükləyicinin sürücüsü tələb olunur

Vəzifə öhdəlikləri:
– Yüktutma mexanizmlərindən və qurğulardan istifadə etməklə mal-material qiymətlilərini anbara mədaxil etmək;
– Mal-material qiymətlilərini düzgün və səmərəli şəkildə yerləşdirmək;
– Nəqliyyat vasitələrindən mal-material qiymətlilərini boşaltmaq;
– Yüksək ehtiyat tələb edən yükləri müəyyən olunmuş qaydada yükləyibboşaltmaq;
– Mal-material qiymətlilərini çeşidinə, növünə və ölçüsünə uyğun şəkildə anbarda yerləşdirmək;
– Yükləyicinin və ona aid mexanizmlərin cari təmirini və texniki xidmətini həyata keçirmək;
– Yükləyicidə mövcud olan nasazlıqları müəyyən etmək;
– Yükləyicini təmiz saxlamaq və iş zamanı təhlükəsizlik qaydalarına əməl etmək;
– Görülən işləri keyfiyyətlə yerinə yetirmək;
– Tullantı idarəetmə prosedurlarına riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;

Tələb olunan bilik və bacarıqlar:
– Təhsil: Peşə təhsili
– İş təcrübəsi: Tələb edilən iş stajı yoxdur
– Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi (HT kateqoriyalı) tələb olunur. Peşə təhsili dedikdə müvafiq kateqoriyadan olan sürücülük vəsqəsi başa düşülür

İş şərtləri:
– İş yeri: Azneft İB, İstehsalat xidməti və təmir-tikinti xidmət sahəsi
– İş şəraiti: Quruda
– İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
– Neftçilər, Q.Qarayev və Həzi Aslanov metrostansiyalarından, Günəşli, Bakıxanov, Badamdar,Lökbatan, Ələt, Mərdəkan və Zabrat qəsəbələrindən, Sumqayıt şəhərindən avtobusla çatdırılma

!function(){var e=document.getElementById(“weather-banner-block”);function t(){e&&(window.innerWidth<=768?e.style.display="block":e.style.display="none")}t();window.addEventListener("resize",t)}();

Əmək haqqı:
– Başlanğıc əmək haqqı 3.84 AZN/saatliq təşkil edir (Faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini BU LİNKƏ qeydiyatdan keçib göndərmələri xahiş olunur

– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

 

guest
26 Rəylər
Köhnə
Yeni Ən çox səs verilən
Inline Feedbacks
View all comments

Vakansiyalara necə müraciət etmək olar?

Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır

Tələbələr üçün iş elanları mövcuddur?

Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox

Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?

İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur

İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?

İs elanlari tapmaq və müraciət etmək üçün çətinlik varsa video təlimatdan istifadə edə bilərsiz: https://youtu.be/EZhAvx-Dv-Y

Vakansiya necə yerləşdirmək olar?

Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır

 
4.7/5 - (18 səs)
 

İxtisas

Call employer