Loqo İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-dən İş Elanları və Vakansiyalar
Vakansiya haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün səhifəni sona kimi aşağı sürüşdürün və müraciət üçün bölməsində qeyd olunmuş whatsapp nömrəsinə ya da epoçt ünvanına CV göndərin

Loading

Ana və uşaq sağlamlığı şöbəsinə böyük məsləhətçi tələb olunur

4.6/5 - (7 səs)

TƏBİB Tibbi xidmətlərin təşkili departamenti Vakansiya elan edir: Ana və uşaq sağlamlığı şöbəsinə böyük məsləhətçi tələb olunur

Vəzifə öhdəlikləri:
– Tibbi xidmətlərin inkişafı üzrə müxtəlif proqramların həyata keçirilməsinin təmin edilməsinə dair təkliflərin verilməsi;
– Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
– Müasir metodların tətbiqi və menecment prinsipləri əsasında ixtisaslı tibbi xidmətin planlanmasının, təşkilinin, keyfiyyətinin yaxşılaşdırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dair təkliflərin işlənilib hazırlanması;
– İxtisaslı tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsi istiqamətində işlərin icra edilməsi;
– Tibb müəssisələrinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflərin hazırlanması;
– İşin xüsusiyyətlərindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi;
– Şöbənin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak;
– Şöbənin cari və uzunmüddətli iş planlarının, təlimatların, hesabatların, arayışların, məlumatların, eyni ilə şöbənin fəaliyyətinə aid konseptual sənədlərin, şöbənin səlahiyyət və vəzifələrini əhatə edən daxili siyasətin, prosedur qaydaların hazırlanması;
– Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxılması, müəyyən edilmiş qaydada müraciətlərin cavablandırılmasının təmin edilməsi.

Namizədlərə tələblər:
– Ali tibbi təhsil (mama-ginekologiya və ya pediatriya ixtisası üzrə);
– Sahə üzrə minimum 3 il iş təcrübəsi;
– Dil bilikləri: Rus və ingilis dili – sərbəst (arzuolunandır);
– Kompüter bilikləri: Microsoft Office – sərbəst;
– Komandada işləmə bacarığı;
– Məsuliyyətlilik;
– Təşəbbüskarlıq;
– Nizam – intizamlılıq;
– Analitik düşüncə;
– Nəticəyönümlülük;
– Təşkilatçılıq bacarıqları.

İş Rejimi:
– İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
– İş vaxtı: 09:00 – 18:00.

Əmək haqqı:
– müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Ana və uşaq sağlamlığı şöbəsinə böyük məsləhətçi” qeyd edərək [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!