AzəriMed QSC-dan İş Elanı: Anbardar (aptek) tələb olunur
Vəzifə öhdəlikləri:
– Aptekə daxil olan məhsulların səmərəli şəkildə yerləşdirilməsi;
– Məhsulların saxlanma qaydasına nəzarət edilməsi;
– Qəbul edilən məhsulların qaimələrə uyğunluğunun yoxlanılması;
– Normadan artıq məhsulların geri qaytarılmasına nəzarət edilməsi;
– Məhsulların satış qiymətlərinin qutuların üzərinə vurulması və mütəmadi olaraq sistemlə uzlaşdırılması
Tələb olunan bilik və bacarıqlar:
– Yaş: 20-30;
– Təcrübə: Bu sahədə minimum 1 il iş təcrübəsi üstünlükdür;
– Nizam-intizamlı, işində dəqiq və məsuliyyətli
İş rejimi:
– İş qrafiki: 09:00-18:00
Əmək haqqı:
– Aylıq məvacib 400 manat (GROSS) təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Anbardar” qeyd etməklə cv@azerimed.com e-poçt ünvanına ya da (055) 455-84-04 Whatsapp nömrəsinə əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur