AQA Şirkətlər Qrupu Vakansiya elan edir: Anbardar tələb olunur
Vəzifə öhdəlikləri:
– Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
– Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
– Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması;
– Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkili;
– Mal və materialların inventar üzrə qeydiyyatını aparmaq;
– Anbar qalıqlarının qeydiyyatını aparmaq;
– Anbarda məhsulların çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq;
– Materialın və ya məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
– 1-3 il iş stajı;
– Excel bilikləri orta səviyyədə bilməli;
– 1C üzrə biliklər tələb olunandır.
İş rejimi:
– İş günləri: 5 günlük iş qrafiki;
– İş saatı: 09:00-18:00.
Əmək haqqı:
– Aylıq məvacib 800 – 1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Anbardar” qeyd edərək BU LİNKƏ əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur