İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Defacto mağazalar şəbəkəsi-dan İş Elanları və Vakansiyalar

Loading

Anbardar tələb olunur

5/5 - (3 səs)

DeFacto Əhmədli filialı Vakansiya elan edir: Anbardar tələb olunur

Vəzifə öhdəlikləri:
– Şirkətin prosedurları, qaydaları və təşkilati strukturuna uyğun fəaliyyət göstərmək;
– Şirkətin korporativ geyim, korporativ yazışma, korporativ davranış və ünsiyyət qaydalarına riayət etmək, şəxsi təmizliyinə və xarici görünüşünə fikir vermək;
– İşçi iclaslarında və təlimlərində iştirak etmək, fərdi və professional bilik və bacarıqlarını artırmaq;
– Mağazaya göndərilmiş malların boşaldılmasını və mağaza anbarına daşınmasını həyata keçirmək, prosedurlara uyğun olaraq malları qəbul etmək və sistemə daxil etmək.
– Digər mağazalara və ya mərkəzi anbara göndərilən malların daşınmasını, yüklənməsini təmin edilmək;
– Malların qısa zamanda satışa çıxarılması üçün bütün lazımi icra işlərinin görülməsini təmin etmək;
– Anbar-bölmə fərqlənmələrini dəqiqliklə idarə etmək və nəzarətdə saxlamaq;
– Mağazanın satış sahəsinə göndərilən bütün mallara nəzarət etmək və malların etiketlərini, həyəcan siqnallarını və s. yoxlamaq: Prosedurlara uyğun olaraq SDUZ VƏ İDUZ məhsul qalığı düzəlişləri olan əməliyyatları izləmək, uyğunsuzluq olduqda müvafiq addımlar atmaq;
– Sistemdə gözləyən mallar üzrə bağlamaların siyahısını hər gün yoxlamaq və hesabını aparmaq, hər hansı uyğunsuzluq olarsa, mağaza müdirini məlumatlandırmaq;
– Mağazada məhsul hesabatları vasitəsilə yerləşdiriləcək məhsulları daim izləmək. Müəyyən edilmiş vaxt ərzində digər mağazaya göndərilən və ya qaytarılan malları hazırlamaq və yerləşdirmək;
– Prosedurlara uyğun olaraq yükün hesabını aparmaq, yük sənədlərini ardıcıl nömrə ilə işləmək və onları arxivləşdirmək;
– Arxiv sənədlərini səliqəli saxlanılmasını və aidiyyatı şöbəyə təqdim olunmasını təmin etmək;
– Mağaza açılarkən, gün ərzində və iş gününün sonunda Retailstore programında lazımi düzəlişlər etmək;
– Mağaza bağlanarkən anbarda bütün qapıların, pəncərələrin bağlanmasını, kondisionerlərin və kompyuterlərin söndürülməsini təmin etmək, anbarı növbəti gün istifadə olunması üçün hazır saxlamaq;
– Mağaza anbarının audit standartlarına uyğun olduğunu yoxlamaq və nəzarətdə saxlamaq;
– Mağazanın anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
– Anbarda iş olmadıqda, ehtiyac yaranarsa mağaza müdirinin gostərişi ilə bölüm işlərində digər işçilərə köməklik etmək;
– Mağaza Müdirinin digər tapşırıqlarını yerinə yetirmək.

Namizədlərə tələblər:
– Azərbaycan vətəndaşı
– Təhsil – orta təhsil səviyyəsində riyazi biliklər.
– Praktiki sağlam olmaq, fiziki işlərə maneənin olmaması;
– Danışıq qabiliyyəti, mədəniyyət, cəld qərar vermək və fəallıq.
– Dəqiqlik, dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
– Yüksək məsuliyyət, diqqətli olmaq;

İş rejimi:
– İş qrafiki: Həftədə 6 gün,
– İş yeri: DeFacto Əhmədli filialı

Əmək haqqı:
– Aylıq məvacib 530 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Anbardar” qeyd etməklə BU LİNKƏ əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×
0
Sualınız varsa - şərh yazınx
()
x

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!