Music Gallery Anbardar vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinin yerinə yetirilməsi;
– Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarının, eləcə də məhsulun vəziyyətinin yoxlanılması;
– Anbara verilən sorğuların vaxtı-vaxtında və tam şəkildə cavablandırılması;
– Avadanlıqların sayının sənədlə düzgün olduğunu yoxlanması və hər hansı fərq yaranarsa müvafiq şəxslərə məlumat verilməsi;
– Avadanlıqların düzgün yüklənməsinin təmin edilməsi;
– Avadanlıq itkilərinin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması, anbarda saxladığı avadanlıqlara cavabdehliyin olması;
– Gördüyü işlər barəsində hesabatların vaxtında və düzgün formada təqdim olunması.
Namizədlərə tələblər:
– Ali və ya orta təhsil;
– Yüksək səviyyədə azərbaycan, orta səviyyədə rus dili biliyi;
– Aktiv, çevik, məsuliyyətli olmaq
İş rejimi:
– 6 günlük (növbəli) iş qrafiki
Əmək haqqı:
– Aylıq məvacib 500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Anbardar” qeyd edərək BU LİNKƏ göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur