Hacıqabul Quşçuluq Şirkəti MMC Anbardar (yumurta və yem anbarı) vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Elan olunan pozisiyanın fəaliyyət sahəsi yumurta anbarı olacaqdır;
– Anbardar – məsuliyyətində olan yumurta anbarın təmiz, səliqli və nizamlı qaydada saxlanılmasına nəzarət edir;
– Xammal və hazır məhsulun anbara qəbulunu, saxlanılmasını və anbardan çıxarılmasını təmin edir;
– Gələn xammalın və çıxan hazır məhsulun sənədlərlə uyğunluğunu yoxlayır;
– Xammalın və hazır məhsulun anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin edir;
– Anbarda xüsusi proqram üzərindən məhsulların uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparır;
Namizədlərə tələblər:
– Təhsil: Ali
– İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş rejimi:
– İş yeri : Hacıqabul rayonu
– İş rejimi – 6 günlük iş həftəsi
– Nahar şirkət tərəfindən qarşılanır;
– Korporativ nömrə şirkət tərəfindən qarşılanır;
– Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir ) .
Əmək haqqı:
– Aylıq məvacib 500-1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Anbardar” qeyd edərək hr@yumurtan1.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur