SOCAR Nəqliyyat İdarəsi Vakansiya elan edir: Avtoqüllə və avtohidroqaldırıcı maşinisti tələb olunur
Vəzifə öhdəlikləri:
– Mürəkkəb maşın və mexanizmləri idarə etmək;
– Avtomobili yanacaqla, sürtgü materialları və soyuducu mayelərlə doldurmaq;
– Avtomobilin texniki vəziyyətini yoxlamaq və xəttə çıxmazdan qabaq qəbul etmək, qaraja qayıtdıqdan sonra avtomobili təhvil vermək və ona ayrılmış yerə yerləşdirmək;
– İş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqları aradan qaldırmaq;
– Verilən tapşırıqları yerinə yetirmək, yol sənədlərini rəsmiləşdirmək;
– Hərəkətin təhlükəsizliyi, sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
– İş yerinin təmiz və saz vəziyyətdə saxlamaq, maddi qiymətlilərin və sənədlərin müəyyən olunmuş qaydada qorunub saxlanmasını təmin etmək;
– Öz iş yerini icazəsiz tərk etməmək, təhlükəli yerlərə getməmək;
– Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək
Namizədlərə tələblər:
– Təhsil: Natamam orta təhsil
– İş təcrübəsi: 1 il / Müvafiq sahə üzrə
– “B” “C” kateqoriyalı sürücülük vəsiqəsi və avtosəbət idarə etməyə dair müvafiq sertifikat tələb olunur
İş Rejimi:
– Struktur vahidinin ünvanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 1231.
– İş şəraiti Quruda
– İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əmək haqqı:
– Saatlıq məvacib 5.28 manat təşkil edir (Faktiki iş günlərinə uyğun olaraq 5 azn yemək xərci ödənilir)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Avtoqüllə və avtohidroqaldırıcı maşinisti” qeyd edərək BU LİNKƏ qeydiyyatdan keçib əlavə edib müraciət edə bilərsiz
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur