Bakcell-dən Vakansiya: B2C Məhsullarının idarəedilməsi üzrə ekspert tələb olunur
Vəzifə öhdəlikləri:
– Kütləvi seqmentin iş axınına nəzarət etmək və hədəflərin yerinə yetirilməsinə cavabdeh olmaq;
– Bakı və rayon müştəriləri üçün məhsul planına cavabdeh olmaq
– Ölkədaxili internet və danışıq əsaslı tarif portfeli idarə etmək
– Ölkəxarici internet və danışıq əsaslı tarif portfeli idarə etmək
– Gəlirlərin artırılması və Churn-nün qarşısının alınması üçün kütləvi bazarın əsas tarif portfelinə, həmçinin köhnə tarif portfelinə cavabdeh olmaq (TM və Churn-a qarşı mübarizə qrupları vasitəsi ilə)
– Digər şöbələr və üçüncü tərəflərlə səmərəli ünsiyyətin qurulması
– Kütləvi bazarda yeni məhsullara, xidmətlərə və kampaniyalara olan bazar ehtiyacını təhlil etmək və lazım olduqda, yeni imkanlar müəyyənləşdirmək üçün bazar araşdırmasını (tədqiqat qrupu vasitəsi ilə) planlaşdırmaq
– Marketinq məqsədlərinə çatmaq üçün yeni məhsullar və kampaniyalar hazırlamaq və həyata keçirmək, Biznes işinin hazırlanması və satışdan sonrakı təhlilə qədər bütün məhsulun bazara daxil olma müddətini izləmək.
– Kütləvi bazarla əlaqəli rəqib marketinq fəaliyyətini izləmək və təhlil etmək
– Layihə planlarının müvafiq standartlara uyğun hazırlanması və təqdimatı
– Expert olaraq komandanın digər üzvləri ilə təcrübələrin bölüşülməsi və layihələr üzrə lazımi dəstəyin verilməsi
– Kütləvi bazarın məhsullarına aid bütün sorğu, problem, və tələblərin araşdırılm
Namizədlərə tələblər:
– İT və / və ya İqtisadiyyat və ya oxşar sahələrdə bakalavr dərəcəsi
– Marketinq sahəsində, və telekommunikasiya sənayesində təcrübə
– Microsoft Office proqramlarında, Excel və Powerpoint bilirləri
– BI (biznes zəkası) alətlərlə işləmək bir üstünlükdür
– İngilis dili – yaxşı, azərbaycan dili – inkişaf etmiş, rus dili üstünlükdü
– Yaradıcı və Strateji düşünmə;
– Strukturlu və metodoloji düşünmə qabiliyyəti;
– Komanda işi və Əməkdaşlıq
– Proyektlərin İdarə Olunması
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “İdarəçi” qeyd edərək jobs@bakcell.com ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
