Bank Respublika ASC Bakıxanov və Neftçilər filiallardan Vakansiya: Korporativ bankçılıq üzrə mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
Bankın korporativ müştərilərinə xidmət etmək;
Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədlərə tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
Dil bilikləri: Azərbaycan dili (əla);
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Korporativ bankçılıq üzrə mütəxəssis” qeyd edərək HR@bankrespublika.az ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
