İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Elmanado-dan İş Elanları və Vakansiyalar

Loading

Baş Mühasib tələb olunur

4.6/5 - (10 səs)

Elmanado Baş Mühasib vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:
– Şirkətin mühasibat uçotunun təşkilində, düzgün vergi və uçot siyasətinin seçilməsində və qorunmasında birbaşa iştirak etmək;
– Maliyyə hesabatlarının beynəlxalq standartları əsasında maliyyə hesabatlarını hazırlamaq;
– İstehsal və s kimi sahələrdə fəaliyyəti olan müxtəlif biznes subyektlərinin spesifik uçot siyasətini anlamaq və tələbə uyğun formalaşdırmaq;
– İstənilən əməliyyatın 1 C 8.3 mühasibat proqramında düzgün balans və gəlir-xərc hesablarında əks olunmasına, maliyyə-hüquq istiqamətli biliklərə malik olaraq bir çox spesifik əməliyyatların düzgün aparılmasına nəzarət etmək;
– Pul vəsaitlərinin hərəkətini, gəlir dövriyyəsini və xərclərini, xərclərin maya dəyərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və mühasibat hesablarında onların hərəkətini izləmək və ehtiyac yaranarsa düzəlişlər etmək;
– Biznes konsultasiyalarda iştirak etmək, şirkətlərə səmərəli həllər təklif etmək, ünsiyyət və etik normalara sahib olaraq sağlam iş münasibətləri qurmaq.

Namizədlərə tələblər:
– Təhsil: İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr)
– Sertifikat: PMS (Beynəlxalq sertifikatlar və s.)
– İş təcrübəsi: Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı;
– İstehsal sahəsində azı 3 il təcrübə mütləqdir;
– Aylıq əmək haqqı:Namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcəkdir;
– Dil bilikləri: Azərbaycan dilini səlis bilməli;İngilis dilini intermadiate seviyede bilmeli,rus dili bilikləri yaxşı;
– MS Office – Excel yaxsi seviyyede), 1C 8.3 proqramını bilməlidir;
– Maliyyə-İstehsalat fəaliyyətinin iqtisadi təhlili metodlarını bilməli
– Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti

Əmək haqqı:
– Aylıq məvacib 1000-2000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd edərək gunayceferova@elmanado.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!