İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Euroservise-dan Real İş Elanları və Aktiv Vakansiyalar

Loading

Baş mühəndis tələb olunur

5/5 - (4 səs)

Euroservise MMC Baş mühəndis vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:
– Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz edir;
– Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasının müəyyən edilməsində iştirak edir;
– Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir;
– Layihələrin plan-smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
– Layihədə olan uyğunsuzluqların müəyyən edir və müvafiq həll yollarının müəyyən edilməsi;
– Smeta ilə layihə arasında olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edir;
– İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması;
– İşlərin İcra Aktlarının hazırlayır;
– İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edir;
– Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın- mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi, anbar işini təşkil edir;
– Layihəyə dair aylıq texniki hesabatları hazırlayır (Forma 2, Forma 3, Xərc analizi);
– Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarına uyğun işini qurur;
– Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s;
– Keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkil edir;
– Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
– Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;
– Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;
– Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;
– Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır
– Material sərfini hesablamağı bacarmaq
– Sahədə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;

Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil (müvafiq sahə üzrə),
– Kompüter bilikləri: MS Office proqramları, AutoCad
– İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
– Punktual və ünsiyyətcil olması;
– Analitik düşüncə bacarığı;
– Ünsiyyət və komandada işləmək bacarıqları;
– İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
– Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
– Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
– Cins: Kişi
– Yaş: 28-40

İş rejimi:
– İş günləri: I-V günlər
– İş vaxtı: 09:00-dan 18:00-kimi; şənbə günü 10:00-15:00

Əmək haqqı:
– Aylıq məvacib 800-1000 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş mühəndis” qeyd edərək office@euroservise.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur

Loading

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!