CineMastercard kinoteatr şəbəkəsi Vakansiya elan edir: Bilet nəzarətçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Tamaşaçıları kinozala yalnız biletlərini göstərdikdən sonra buraxmaq.
– Biletləri ciddi yoxlamalıdır. Biletdə zal, seans, tarix haqqında qeyd, biletin qiyməti, kinofilmin adı göstərilməlidir;
– Tamaşaçıları kinozala buraxanda onları nəzkətlə salamlayır, onlardan mobil telefonlarını söndürməyi, bileti seansın sonuna kimi saxlamağı, biletdə göstərilən yerlərdə əyləşməyi xahiş edir və onlara xoş saatlar arzulayır;
– Gecikmiş tamaşaçılara cib fənərinin köməyilə yerlərini tapmaqda kömək etmək;
– Tamaşaçılara nəzakətlə, ədəblə xidmət göstərmək.
– Verilən biletlərə uyğun olaraq tamaşaçılara 3D eynək və xüsusi nəm salfet təqdim etmək (bir bilet üçün 1 eynək və 1 nəm salfet);
– VİP zal müştərilərinin sifarişi ilə onlar üçün kinoteatr məhsullarının və TM ərazisindəki digər restoranların məhsullarının alınıb servis edilməsi;
– Seans başlayanda kinozalın qapılarını bağlamaq;
– Kinofilmin nümayişi zamanı bir neçə dəfə (7 dəfədən az olmayaraq) zala daxil olub kinonun verilməsinə və tamaşaçılar tərəfindən ictimai asayişin qorunmasına, temperatur rejiminə nəzarət etmək.
Namizədlərə tələblər:
– Təhsil: orta təhsilli.
– Fiziki sağlam, çevik
– Azərbaycan və rus dillərini sərbəst bilməli,
– Yaş: 18-25
– Cins: Qadın / Kişi
– İş təcrübəsi: vacib deyil
İş Rejimi:
– İş qrafiki: 6 Günlük,
– İş vaxtı: 8 saat, nahar: 1 saat (10:00-dan 19:00-dək, 14:00-dan 23:00-dək, 17:00-02:00)
– İş yeri: 28 Mall
Əmək haqqı:
– maaş 510 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Bilet nəzarətçisi” qeyd etməklə karyera@cpoffice.az epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur