İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
C&S Group MMC-dən İş Elanları və Vakansiyalar

Loading

IR üzrə mütəxəssis tələb olunur

4.5/5 - (14 səs)

C&S Group MMC Vakansiya elan edir: IR üzrə mütəxəssis tələb olunur

Vəzifə öhdəlikləri:
– Əmək qanunvericililiyinə əsasən işçilərin ƏMAS sistemində işə qəbul, xitam, dəyişiklik proseslərinin icra edilməsi;
– Qanunvericiliyin tələblərinə əsasən icra edilmiş əməliyyatlar üzrə işə qəbul, xitam, dəyişiklik, ərizə, arayış, xasiyyətnamə və digər sənədlərinin hazırlanması;
– Xəstəlik vərəqlərinin qanunvericiliyin tələblərinə əsasən rəsmiləşdirilməsi;
– Əmək haqqı kartlarının sifariş olunması;
– Əmək kitabçalarının yazılması və reyestrinin aparılamsı;
– Kadr kitablarının yazılması və qeydiyyatının aparılması;
– Məzuniyyətlərin və ezamiyyələrin rəsmiləşdirilməsi;
– Aylıq tabellərin hazırlanıb, əlaqəli şöbəyə təhvil verilməsi;
– Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
– Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
– İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar hesabatın verilməsi;

Tələb olunan bilik və bacarıqlar:
– Ali təhsil (İnsan resursları, Biznes, İqtisadiyyat, İdarəetmə, Hüquq və digər əlaqəli sahələrdə);
– Yaş həddi: 25-35 yaş aralığında;
– Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
– Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, rus və ingilis dili üstünlükdür;
– MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə word, excel);
– AR Əmək Qanunvericiliyini mükəmməl bilməli;
– ƏMAS, E-gov, E-sosial, İSB sistemindən sərbəst istifadə bacarığı;
– Sənədlərlə səliqəli işləmə bacarığı (qovluqlarda sənədlərin düzgün və səliqəli yerləşdirilməsi);
– Komanda ilə işləmə bacarığı;
– Səliqəli klassik iş geyimi (dress code).

İş rejimi:
– İş yeri: Zərifə Əliyeva küç.55, Yeni Hayat Plaza;
– İş vaxtı: 09:00 – 18:00;
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
– Şirkət tərəfindən korporativ nömrə verilir.

Əmək haqqı:
– Aylıq məvacib 800 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “IR üzrə mütəxəssis” qeyd etməklə office@csgroup.az e-poçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!