Bravo Supermarketlər şəbəkəsi Çağrı mərkəzi üzrə agent vəzifəsi vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Zəng, e-mail və “WhatsApp” mesajlarının cavablandırılması
– Telefon, e-mail və “WhatsApp” vasitəsilə göndərilən müştəri sorğularına baxılması
– Mövcud resurslardan istifadə etməklə zəruri məlumatların araşdırılması
– Müştəri şikayətlərinə baxılması və şikayətlərin həll yollarınının tapılması
– Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək
– Sistemə yeni müştəri məlumatlarının daxil edilməsi
– Mövcud müştəri məlumatlarının yenilənməsi
– Sifarişlərin, formaların və ərizələrin emal edilməsi
– Prioritet məsələlərin müəyyən edilməsi və rəhbərliyə məruzə edilməsi
– Zənglərin müvafiq resurslara yönləndirilməsi
– Bütün zəng məlumatlarının standart iş prosedurlarına uyğun olaraq sənədləşdirilməsi
Namizədlərə tələblər:
– Biznesin idarə edilməsi, marketinq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi.
– Azərbaycan və Rus dilləri biliyi mütləqdir, ingilis dili üstünlük sayılır.
– “Microsoft Office” proqramları, Outlook istifadəçisi.
– Qeyd olunan dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları.
– Dinləmə qabiliyyəti.
– Problemlərin təhlili və həlli bacarıqları.
– Müştəri xidmətləri/məmnuniyyətinə meyllilik.
– Təşkilati bacarıqlar.
– Detallara qarşı diqqətli.
– Komanda şəklində işləmə bacarığı.
– Stressə davamlılıq.
– Qüsursuz və aydın nitq.
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi üzrə agent” qeyd edərək hr2@azerbaijansupermarket.com e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur