İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Vakansiya: Çağrı mərkəzi xidmətinə həkim-mütəxəssis tələb olunur
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali tibbi təhsil;
1 il iş təcrübəsi (Çağrı mərkəzində və ya tibb sahəsində)
Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
Xarici dil bilikləri arzuolunandır;
Ofis proqramları üzrə biliklər;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı.
Görəcəyiniz işlər:
Agentliyin çağrı mərkəzi vasitəsilə vətəndaşlardan daxil olan şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;
birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
müraciət ilə bağlı sənədlərin hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00 və ya 15:00 – 00:00;
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 30.09.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.