Azərbaycan Mikro Kredit BOKT Vakansiya elan edir: Çağrı Mərkəzinin Operatoru tələb olunur
Vəzifə öhdəlikləri:
– Daxil olmuş zəngləri qəbul etmək, yüksək keyfiyyətlə cavablandırmaq;
– Telefon zəngləri vasitəsilə ilə yeni müraciətlərlə və aktiv müştərilərlə əlaqələr qurmaq, məhsul, kampaniyalar və digər xidmətlər haqqında məlumatlar vermək;
– Müştərilərlə əks əlaqə yaratmaq, müştəri məmnuniyyətini müəyyənləşdirmək və müvafiq hesabatları tərtib etmək;
– Gündəlik iş fəaliyyəti haqqında hesabatları təqdim etmək;
Namizədlərə tələblər:
– Ali təhsil;
– Uyğun vəzifədə ən azı 6 ay iş təcrübəsi;
– Azərbaycan dilində səlis danışıq bacarığı;
– Microsoft Office proqramlarından istifadə etmək bacarığı;
– Səlis nitq qabiliyyəti;
– Dinləmə və fikirlərləri dəqiq ifadə etmək qabiliyyəti;
– Məsuliyyətli, təmkinli, komanda ilə işləmək bacarığı;
İş rejimi:
– İş qrafiki : Tam iş günü (5 gün);
– İş saatları: 09:00-18:00
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Çağrı Mərkəzinin Operatoru” yazaraq info@azmk.az e-poçt ünvanına əlavə edib göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur