Green Cleaning Call Center Operator vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Müştərilərdən gələn sifarişlərin satınalma şöbəsinə yönləndirilməsi
– Satışlara nəzarət (Koordinasiya)
– Satışları və gündəlik zəruri məlumatların Excel-ə işlənməsi
– Müştəri və qonaqların qarşılanması
– Müştərilər tərəfindən gələn zənglərin və mesajların cavablandırılması və müştəri məmnuniyyətini analiz etmək
– Şirkətə email və telefon vasitəsi ilə gələn bütün məlumatları aidiyyatı şöbəyə ötürmək
– Rəhbərliyin tapşırdığı digər tapşırıqları yerinə yetirmək
Namizədlərə tələblər:
– İş təcrübəsi – 2 il
– Rus dili və kompüter bacarıqları önəmlidir
– 22-40 yaş ( Xanım Namizədlər)
– MS Excel və MS Word proqramları ilə işləmək bacarığı
– Gülərüz və komandada işləmək bacarığı
– Sosial media ilə işləmə bacarığı
– Yüksək kommunikasiya bacarıqları
– Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli
– İşgüzar və hədəf yönlü, problemləri həll edə bilmə bacarığı
Qeyd: Yalnız rus dili biliyi və operator təcrübəsi olanların müraciət etməsi xahiş olunur.
İş rejimi:
– İş rejimi: 6 gün
– İş qrafiki: B.e -C: 08:00-16:00
– Şənbə: 08:00-14:00;
Əmək haqqı:
– Aylıq məvacib 700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Call Center Operator” qeyd edərək hr@greencleaning.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur