İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Premium Bank ASC-dən İş Elanları və Vakansiyalar

Loading

Call Center Specialist (Müraciətlərə baxılma bölməsinin Mütəxəssisi) tələb olunur

4.4/5 - (15 səs)

Premium Bank ASC-də Vakansiya: Müraciətlərə baxılma bölməsinin Mütəxəssisi tələb olunur

Vəzifə öhdəlikləri:
– Bankın qısa nömrəsinə zəng qəbulu və Sosial Media hesablarına müştərilərdən daxil olan müraciətlərin (zəng, mesaj, şərh) cavablandırılması və lazım olduqda müvafiq struktur bölməyə yönləndirilməsi;
– Müştərilərdən daxil olan şikayət və təkliflərə baxarkən daha ətraflı məlumat alınması və məlumatın doğruluğunu təsdiq edən sənədlərin tələb edilməsi;
– Bütün Bank məhsulları və xidmətləri barədə müştərilərin həm səsli, həm yazılı müraciətlərinin cavablandırılması, ətraflı məlumatların verilməsi;
– Müştərilərin məlumatlandırılması məqsədilə onların hüquq və öhdəlikləri, o cümlədən onların müraciətlərinə baxılması barədə sənədlərin hazırlanması və həmin sənədlərin müştərilərə təqdim edilməsi;
– Bank daxil olan müraciətlərin xarakterindən asılı olaraq müştərilərlə yazılı, şifahi danışıqlar aparmaq, görüşlər təşkil etmək, məsləhət və izahatlar verilməklə müştəri məmnuniyyətinin təmin edilməsi;
– Müraciətləri cavablandırarkən etik-davranış qaydalarına riayət edilməsi;
– Əlavə araşdırma tələb edən müraciətlərin araşdırılması işinin təşkil edilməsi;
– Satış yönümlü yazışmaların, danışıqların aparılması;
– Daxil olan yazılı müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
– Sosial Mediada bank haqda rəylərin mütəmadi monitorinq edilməsi.

Namizədlərə tələblər:
– Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsil;
– Eyni və ya oxşar vəzifə üzrə minimum ən azı 1 illik iş təcrübəsi;
– Əla səviyyədə Azərbaycan və rus dili biliyi;
– Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;
– Analitik düşünmə bacarığı, təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.

İş Qrafiki:
– İş saatı 09:00-dan 18:00-dək;
– İstirahət günləri: şənbə və bazar günləri.

Əmək haqqı:
– Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Müraciətlərə baxılma bölməsinin Mütəxəssisi” yazaraq HR@premiumbank.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

0
Sualınız varsa - şərh yazınx
()
x

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!