Azərbaycan Supermarket MMC Tikinti komandasından Vakansiya: CCTV üzrə Texnik tələb olunur
Vəzifə öhdəlikləri:
· Giriş nəzarəti, təhlükəsizlik siqnalı, qapalı dövrə televiziya sistemləri və digər fərqli təhlükəsizliklə əlaqəli sistemlərin quraşdırılması və xidmətini həyata keçirmək.
· Sistemləri qiymətləndirmək, diaqnoz qoymaq, problemi həll etmək və təmir işlərini lazımi qaydada həyata keçirmək
· Funksionallığı və istifadə imkanlarını artırmaq üçün yenilənmələr həyata keçmək və əlavələr etmək.
· İnventarlaşdırma aparmaq və tələb edilən əşyaların mövcudluğunu təmin etmək üçün avadanlıq və təchizatları tələb etmək.
· İş sahəsində lazım olan materialların mövcudluğunu təmin etmək üçün müxtəlif əşyaları daşımaq (məs. alətlər, avadanlıq, qurğuları və s.).
· Təhlükəsiz problemlərini dərhal həll etmək üçün iş saatından sonra və iş saatı ərzində fövqəladə hallara cavab vermək.
· Qapalı dövrə televiziya kameraları, girişə nəzarət qurğuları və mühafizə siqnalı sistemlərini lazim olduqda əlavə etmək üçün kompüter proqramının daxil edilməsini lazımi qaydada həyata keçmək.
Namizədlərə tələblər:
· Müvafiq istiqamət üzrə 6 aylıq təcrübəyə malik olmaq.
· Yüksəklikdə işləyə bilmək bacarığı.
· Öyrənməyə və bacarıqlarını artırmağa açıq olmaq.
· Aktiv və çevik olmaq.
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “CCTV üzrə Texnik” qeyd edərək hr2@azerbaijansupermarket.com ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
