Araz Supermarket MMC Çeşidləyici-qablaşdırıcı vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Məhsulların tarixlərini və istifadəyə yararlılığını kontrol etmək;
– Satış zamanı gigiyena qaydalarına əməl etmək;
– Təhlükəsizlik, portativlik və estetikanı nəzərə almaqla satın alınmış malları qablaşdırmaq və bükmək;
– Digər satış bölmələrinə ehtiyac olduqda dəstək vermək Müştərilərin sorğularına gülərüz, nəzakətli və dəqiq şəkildə cavab vermək
Namizədlərə tələblər:
– Məsuliyyətlilik;
– Komanda ilə işləmə bacarığı;
– Fiziki sağlamlılıq.
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Çeşidləyici-qablaşdırıcı” qeyd edərək Career@retail.az epoçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur