CineMastercard şəbəkəsi Dəniz Mall filialına Vakansiya elan edir: Təmizlik işçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Günün əvvəlində, sonunda və seanslar arasında kino zallarında və xidməti otaqlarda zibilləri yığışdırır. Bu zaman toplanan istifadə olunmuş popkorn qutuları mütləq qaydada yerində cırılmalı daha sonra zibil torbasına yığılmalıdır;
– Kino zalları və sanitar qovşaqlar və xidməti otaqlarda tozları silir, döşəmədə, pilləkənlərdə, pəncərələrdə, divarlarda, plintuslarda quru və nəm təmizləmə işləri görür. Bu zaman xüsusi vasitələrdən istifadə edə bilər;
– Döşəmələrin, divarların və tavanların təmizlənməsi üçün müxtəlif yuyucu və dezinfeksiyaedici qarışıqlar hazırlayır və onlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edir, maska və əlcəkdən istifadə edir;
– Toplanmış tullantıları və zibilləri kinoteatrdan müəyyən edilmiş yerlərə daşıyır;
– İş üçün lazım olan yuyucu vasitələr, inventar və digər materiallardan qənaətlə, ehtiyyatla və səliqə ilə istifadə edir;
– Zibil qablarını müəyyən olunmuş yerlərə düzür, onları vaxtında təmizləyir və dezinfeksiya edir;
– Təmizlik işləri gördükləri yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edir;
– İstirahət günləri və axşam saatlarında inzibatçının göstərişlərinə uyğun hərəkət edir;
– Dərin təmizlik işlərində iştirak edir
Namizədlərə tələblər:
– Təhsil: vacib deyil;
– Təcrübə: vacib deyil;
– Bəy namizədlər
– Yaş: 18-55
– fiziki sağlam və işləmək istəyi olan
İş rejimi:
– İş qrafiki: növbəli
– Ünvan: CineMastercard şəbəkəsi Dəniz Mall filialı
Əmək haqqı:
– Aylıq məvacib 590 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Təmizlik işçisi” qeyd edərək (055) 400-17-71 Whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur