Aqrar İnnovasiya və Təchizat Şirkətindən Vakansiya: Direktor Assistenti tələb olunur
Vəzifə öhdəlikləri:
– Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
– Qonaqların qarşılanması;
– Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
– Şirkətin direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
– Şirkətin direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
– Hesabatların hazırlanması;
– İclasların təşkili və protokolların tərtib edilməsi;
– Cəmiyyət direktorunun işlə əlaqədar digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədlərə tələblər:
– Ali təhsil;
– Azərbaycan dili səlis, rus dili biliyi yaxşı olmalı;
– Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.
İş Rejimi:
– İş qrafiki: Tam iş günü (5 gün);
– İş saatları: 08:30-17:30.
Əmək haqqı:
– maaş 731-842 manat təşkil edir (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Direktor Assistenti” qeyd edərək hr@aisco.az epoçt ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
