MediClub klinikasından Vakansiya: Əczaçı tələb olunur
Əmək funksiyası:
· Müştərinin sifarişinin vaxtında və dəqiq yerinə yetirilməsi
· Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi və s.
Bilməlidir:
· Əczaçılıq işinin əsaslarını;
· Əczaçılıq üzrə normativ sənədləri;
· Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını;
· Dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri və s.
Vəzifəyə qoyulan tələblər:
· Ali və ya orta ixtisas təhsili;
· Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
· Dil bilikləri : Azərbaycan dili, Rus dili;
· İxtisas üzrə azı 3 il iş təcrübəsi.
İş şəraiti:
· AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
· Növbəli iş rejimi ;
· Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 400-700 Azn arası təyin edilir.
Müraciət üçün:
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini ofeliya_al@mediclub.az elektron ünvanına göndərmələri xahiş olunur.