Baku Electronics mağazalar şəbəkəsi Vakansiya elan edir: Elektrik tələb olunur
Vəzifə öhdəlikləri:
– Təhlükəsizliyi təmin etmək üçün elektrik şəbəkələrində, transformatorlu elektrik şəbəkələrində gərginliyin tam kəsilməsi ilə mürəkkəb olmayan işləri yerinə yetirmək;
– Xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarını qoşmaq, ayırmaq;
– Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqları aşkar etmək və sadə zədələnmələri aradan qaldırmaq;
– Elektrik cihazlarınını qurmaq və onları tənzimləmək;
Namizədlərə tələblər:
– Sahə üzrə peşə, orta ixtisas və ya ali təhsil
– Yaş: 22-45;
– Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
– Sahə üzrə sertfikatın olması;
– Elektrik kabellərinə, elektrik cihazlarına xidməti bilməli;
– Kabelləri, elektrik mühərriklərini və komutasiya avadanlıqlarını parametrlərə uyğun düzgün seçməyi bacarmaq;
– Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı;
İş rejimi:
– İş yeri: Baş ofis;
– İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00; Şənbə günü 09:00-14:00
Əmək haqqı:
– Aylıq məvacib 700 manat təşkil edir + bonus (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Elektrik” qeyd edərək hr@bakuelectronics.az e-poçt ünvanına ya da (055) 203-66-14 Whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur