Loqo İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
SOCAR şirkətində İş Elanları və Vakansiyalar
Vakansiya haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün səhifəni sona kimi aşağı sürüşdürün və müraciət üçün bölməsində qeyd olunmuş whatsapp nömrəsinə ya da epoçt ünvanına CV göndərin

Loading

Hasilatın idarəedilməsi xidmətinin Növbə rəisi tələb olunur

4.4/5 - (9 səs)

SOCAR Azneft İB Vakansiya elan edir: Hasilatın idarəedilməsi xidmətinin Növbə rəisi tələb olunur

Vəzifə öhdəlikləri:
– Quyularda təmirlərə hazırlıq və təmir işlərinə nəzarət etmək;
– Quyunun yuyulmasına nəzarət etmək;
– Quyularda sementləməyə nəzarət etmək;
– Quyuda olan qəzaların aradan qaldırılmasına nəzarət etmək;
– Quyunun təmirində quyuya endirilən yerüstü avadanlıqların (boru, çubuq, nasos, qıfıl dayağı və s.) keyfiyyətinə nəzarət etmək;
– Sifariş tapşırıqları əsasında təmirlərin icrasına nəzarət etmək;
– Quyuların hermetikliyə yoxlanmasına nəzarət etmək;
– Hava xətlərinin siyirtmələrinin bağlı olmasını yoxlamaq;
– Təmir meydançasının yerinin düzgün təyin olunmasına və təhlükəsizlik iş şəraitinə nəzarət etmək;
– Briqadaların davamiyyətini yoxlamaq;
– Çatışmayan təmir avadanlıq və alətlərin təmin olunmasına nəzarət etmək;
– Təmir işlərinin əməyin mühafizəsi və texnik təhlükəsizlik qaydaları üzrə aprılmasına nəzarət etmək;
– Quyuların cari təmiri ilə əlaqədar icra olunan işlərə nəzarət etmək;
– Mədən məlumatlarını hazırlamaq;
– Perforasiyadan çıxan quyuların sayı, süzgəclərin açılması, layın horizontu və quyudibi barədə məlumatları hazırlamaq;
– Müvafiq periodda neft və qaz hasilatının miqdarı barədə məlumatları hazırlamaq;
– Hasilatı ölçülən quyuların neft hasilatı barədə məlumatları hazırlamaq;
– Mədənlər üzrə təhvil verilən neft və qazın miqdarı, təmizlik faizi barədə məlumatları hazırlamaq;
– Mənimsəmə, təmir gözləyən quyuların sayı və nömrələrini almaq;
– Quyuların yuyulması barədə məlumatların alınması və növbə jurnalına yazmaq;
– Nasosların dəyişilməsi barədə məlumatların alınması və növbə jurnalına yazmaq;
– Borunun hermetikliyi yoxlanması barədə məlumatları hazırlamaq;
– Sementləmə işləri barədə məlumatları hazırlamaq;
– Quyuların sementləmədən sonradan qazılması barədə məlumatları hazırlamaq;
– Qəzalı quyular və onların ləğv edilməsi barədə məlumatları hazırlamaq;
– İstehsalat sahələrindən verilən qazın və neftin düzgün nəql olunmasına nəzarət etmək;
– Gəmi və helikopter vasitəsi ilə sərnişinlərin, avadanlıqların və mal – materialların daşınmasına nəzarət etmək;
– Gəmi nəqliyyatı vasitəsi ilə istehsalat sahələrinə yanacaq, ərzaq və su daşınmasına nəzarət etmək.

Namizədlərə tələblər:
– Təhsil səviyyəsi: Ali bakalavr / Müvafiq sahə üzrə
– İş təcrübəsi: 2 İl / Müvafiq sahə üzrə

İş rejimi:
– İşin ünvanı: Bakı şəhəri, Səngəçal burnu
– İş şəraiti: Quruda
– İş rejimi: Növbəli
– Bakı şəhəri “28 May” küçəsi, S.Vurğun bağının yanından və Lökbatan qəsəbəsi N.Nərimanov küçəsi 10/1 ünvandan (icra hakimiyyətinin yanı) avtobuslarla iş yerinə çatdırılma mövcuddur.

Əmək haqqı:
– aylıq məvacib 1344 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– Faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 3 AZN əlavə ödəniş verilir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Növbə rəisi” qeyd edərək https://bit.ly/socar-novbe-reisi ünvanında qeydiyyatdan keçib göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!