MediClub klinikasından Vakansiya: Həkim kardioloq tələb olunur
Vəzifəyə qoyulan tələblər:
Qeyd olunan ixtisasa uyğun Ali təhsil;
Praktik tibbi fəaliyyət ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi;
İxtisas üzrə azı 5 il iş təcrübəsi.
İş haqqında məlumat:
Ambulator qaydada xəstələrin qəbulu;
Tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardımın göstərilməsi;
Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikası (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edilməsi ;
İnstrumental müayinələrin (Exo, Ekq, Treadmill ..) həyata keçirilməsi və s.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
6 günlük iş rejimi ;
Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 1400-2500 Azn arası təyin edilir.
Müraciət üçün:
Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini ofeliya_al@mediclub.az elektron ünvanına göndərmələri xahiş olunur.