Loqo İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi / İş Elanları və Vakansiyalar
Vakansiya haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün səhifəni sona kimi aşağı sürüşdürün və müraciət üçün bölməsində qeyd olunmuş whatsapp nömrəsinə ya da epoçt ünvanına CV göndərin

Loading

Həkim-Psixiatr tələb olunur

4.6/5 - (7 səs)

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vakansiya elan edir: Həkim-Psixiatr tələb olunur

Vəzifə öhdəlikləri:
– Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyin təyin edilməsi məqsədilə keçirilən müayinə iclaslarında iştirak etmək;
– Tibbi-sosial ekspertiza üzrə müasir diaqnostika üsullarını və əlilliyin reabilitasiyası üzrə müalicə metodlarını bilmək;
– İzahat xarakterli məktubların hazırlamaq;
– Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri və tapşırıqları peşəkar səviyyədə və vaxtında icra etmək;
– Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütəmadi olaraq öz ixtisasını artırmaq;
– Müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;
– Komissiyanın tərkibində çalışarkən əlillik alan şəxslərin tibbi müayinədən keçirilməsi, onların əmək fəaliyyətinin məhdudlaşması dərəcəsini, peşə yönümünü və əmək zəmanətini, əmək fəaliyyətinə nisbi və mütləq əks göstərişlərin və digər reabilitasiya tədbirlərinin müəyyən edilməsi;
– Əlillərin nəqliyyat və hərəkət vasitələri alması üçün tibbi göstərişlərin, eləcə də əks göstərişlərin təyin edilməsi;
– Əlillərin əməyindən düzgün istifadə edilməsinin araşdırılması;
– Ekspertiza işlərinin həyata keçirilməsi və profili üzrə əlilliyə nəzarət edilməsi;
– Qanunvericiliyə uyğun olaraq əlillik dərəcəsinin müəyyən edilməsi və əlilliyin müəyyən edilməsi meyarları üzrə tədbirlərin hazırlanması, onların həyata keçirirlməsinin təmin edilməsi;
– Respublikada öz profili üzrə əlilliyin vəziyyətini təhlil edilməsi, əlaqədar təşkilatlarla əlilliyin profilaktikası və əlillərin tibbi-sosial reabilitasiyası üzrə tədbirlərin hazırlanması;
– Tibbi-Sosial Ekspertiza xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə müasir diaqnostika üsullarının, müalicə və reabilitasiya metodlarının öyrənilməsi;

Namizədlərə tələblər:
– İş təcrübəsi: Minumum 3 il iş təcrübəsi
– Təhsil: Ali tibb təhsili
– Yaş həddi: 27 – 50 yaş
– Praktik-Tibbi fəaliyyətlə məşğul olmaq hüququ verən sertifikasiyası imtahanından keçmək;
– MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.

İş Rejimi:
– İş yeri: Bakı
– İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
– Kollektiv mükafat.
– İş qrafiki: 5 günlük – 09:00–18:00

Əmək haqqı:
– aylıq məvacib 2500-3000 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Həkim-Psixiatr” qeyd edərək [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!