Shakespeare Coffee & Bistro Vakansiya elan edir: Hostess tələb olunur
Vəzifə öhdəlikləri:
– Restoran meneceri tərəfindən təyin edilən qaydalara əsasən rezervasiyaları qəbul və idarə etmək, masa təyinlərini düzgün həyata keçirmək;
– Təyin edilən qaydalara əsasən telefon danışıq qaydalarına riayət etmək,
– Restoran ziyarətçiləri üçün effektiv və mədəni xidmətləri təmin etmək, onlara rahat şərait yaratmaq;
– Qonaqlara yüksək səviyyədə xidmət göstərmək;
– Yeni gələn qonaqların qarşılanması,əyləşmələri üçün masalar təklif edir,onları seçdikləri masalara kimi müşayət edib,menyunu təqdim edir;
– Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək;
– Qonaqların problemlərini vaxtında və yüksək səviyyədə həll etmək;
Namizədlərə tələblər:
– Müvafiq sahədə iş təcrübəsi – 1 il
– Yaş: 25-35
– Son dərəcə məsuliyyətli olmaq.
– Səliqəli görünümlü, 1,68- 1,70 Boylarında
– Dil biliyi – Rus dili səlis, İngilis dili arzuolunandır
– Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqlarıicra edə bilmək qabiliyyətinə malik olmaq
İş rejimi:
– İş yeri: Natəvanın heykəlinin sağ tərəfində yerləşən Shakespeare restoranı
– Dəyişən iş qrafiki
– Nahar şirkət tərəfindən təmin olunacaq
Əmək haqqı:
– Aylıq məvacib 800 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən şəkil ilə CV-lərini mövzu (subject) hissəsinə “Hostess” qeyd edərək hr@guvengroup.com.az e-poçt ünvanına ya da (010) 232-91-19 whatsapp nömrəsinə əlavə edib göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur