Hacıqabul Quşçuluq Şirkəti MMC HR koordinator vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Azerbaycan Respublikasının qanunvericiliyin tələblərinə əsasən məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının rəsmiləşdirilməsi;
– Əmək müqavilələri, onlara əlavə və dəyişikliklərin edilməsi barədə baş ofisə məlumat vermək.
– İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;
– Aylıq avans və əmək haqqı tabel uçotunu aparılmasında dəstək göstərmək;
– İşçi heyəti ilə bağlı müxtəlif növ arayışları, xasiyyətnamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
– İşçi ehtiyaclarının araşdırılmasında ilkin məlumat verilməsi;
– Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması;
– Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət;
– İşə qəbul ərizələrinin və əmrlərin hazırlanması.
– İşçilərin gündəlik davamiyyətlərinə nəzarət və vahid hesabatın hazırlanması;
– Əmək kitabçalarının yazılması;
Namizədlərə tələblər:
– Təhsil: Ali
– İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş rejimi:
– İş yeri : Şəmkir rayonu Çinarlı Kəndi
– İş rejimi – 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 17:00-kimi
– Nahar şirkət tərəfindən qarşılanır;
Əmək haqqı:
– Aylıq məvacib 400-700 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “HR koordinator” qeyd edərək hr@yumurtan1.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur