Elektron Təhlükəsizlik Xidməti (CERT)-dan Vakansiya: İnformasiya təhlükəsizliyi üzrə auditor tələb olunur
Vəzifə öhdəlikləri:
• İnformasiya təhlükəsizliyi üzrə audit yoxlamalarını planlaşdırmaq, həyata keçirmək və hesabatlar hazırlamaq;
• İnformasiya sistemləri və prosesləri üzrə zəifliklikləri müəyyənləşdirmək və təhlükəsizlik pozuntularının qarşısını almaq üçün tədbirlər müəyyən etmək;
• İnformasiya risklərinin idarə edilməsi və qiymətləndirilməsini həyata keçirmək;
• İnformasiya təhlükəsizliyi üzrə normativ sənədlərin hazırlanmasında iştirak etmək;
Namizədlərə tələblər:
• Ali təhsil (İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi və ya oxşar sahələr üzrə);
• İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və məlumatların mühafizəsi sahəsində biliklər;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili texniki səviyyədə bilmək;
• Azərbaycan dilində mükəmməl yazı bacarıqları;
• Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
• Müvafiq sahədə sertifikatların olması arzuolunandır;
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “İnformasiya təhlükəsizliyi üzrə auditor” qeyd edərək https://qlor.me/lojts4qlu ünvanına əlavə edib göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
