İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Qarabağ Universitetindən Real İş Elanları və Aktiv Vakansiyalar

Loading

İngilis dili müəllimi tələb olunur

4.3/5 - (3 səs)

Qarabağ Universiteti Vakansiya elan edir: İngilis dili müəllimi tələb olunur

Vəzifə öhdəlikləri:
– təhsil proqramları, sillabuslar, dərs planları, tədris materialları, qiymətləndirmə alətlərinin hazırlanması və (ya) təkmilləşdirilməsi prosesində iştirak;
– müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası;
– müvafiq təlim nəticələrinə nail olmaq üçün müasir tədris metodologiya və texnologiyalarından istifadə;
– tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;
– müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə;
– tələbələrin istirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili;
– mərkəzin digər fəaliyyətlərinin təşkilinə dəstəyin verilməsi

Namizədlərə tələblər:
– müvafiq sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsi (elmi dərəcə və ya elmi ad üstünlükdür);
– ingilis dilinin tədrisi üzrə minimum 5 il pedaqoji təcrübə (ali təhsil müəssisəsində olması üstünlükdür);
– dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan resursların formalaşdırılması ilə bağlı təcrübə;
– minimum C1 səviyyəsində ingilis dili biliyi (IELTS, TOEFL və s. beynəlxalq dil sertifikatlarının olması üstünlükdür);
– dil tədrisi üzrə sertifikatlardan (CELTA, TEFL, TESOL və s.) birinə malik olması;
– innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
– tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
– yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;
– tədqiqatçılıq bacarığı;
– davamlı peşəkar inkişafa maraq.

İş rejimi:
– İş qrafiki: Həftəlik 40 saatı əhatə edən tam ştat vəzifədir.
Müəllimlərə təxminən 30 auditoriya saatı veriləcək, qalan iş vaxtında isə tədrislə bağlı hazırlıq və digər təyin edilən fəaliyyətlərlə məşğul olmaları gözlənilir.

Əmək haqqı:
– Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İngilis dili müəllimi” qeyd edərək karabakh@edu.gov.az epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!