Sea Breeze Resort İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
– Müasir HR metodologiya və yanaşmalar ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) haqda məlumatlılıq (öncəki iş təcrübəsində bu kimi keyfiyyətlərin tətbiq edilməsi üstünlükdür);
– Şirkət üzrə bütün növ əmrlərin yazılması (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,);
– Vəzifə təlimatlarının hazırlanması;
– İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi, gündəlik və aylıq hesabatın hazırlanması, ay sonu dəvamiyyət tabellərinin hazırlanaraq (1C, excel) mühasibatlığa təhvil verilməsi;
– Şəxsi işlərin yaradılması və saxlanılması;
– İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
– Əmək müqavilələrinin və əmrlərin, vəzifə təlimatlarının,əmək kitabçalarının yazılması;
– Xidməti müqavilələrin, əlavə razılaşmalarının, təhvil-qəbul aktlarının, xitamlarının yazılması;
– Əmək haqqı kartlarının açılması və sifarişi;
– Arayışların və etibarnamələrin yazılması;
– E-gov.az-da əməliyyatların aparılması;
– İşlərin əmək qanunvericiliyinə uyğun olaraq yerinə yetirilməsinin təmin edilməsi;
– İşçilərin illik əmək məzuniyyətlərinin qrafikinin qurulması, təhsil, analıq və öz hesabına məzuniyyətlərin verilməsi,istifadə edilməmiş məzuniyyətlərin kompensasiya edilib verilməsi;
– Ümumi şirkət üzrə məzuniyyət qrafikinə nəzarət, son haqq hesabların, kompensasiyaların hesablanması;
– Müəssisədaxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət edilməsi;
– Şöbənin və digər şöbələrin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi;
– Məktubların yazılması, göndərilən sənədlərin həm jurnalda həm də elektron qeydiyyatının aparılması, skan olunması, ünvana çatmasına və icra olunmasına nəzarət olunması.
Namizədlərə tələblər:
– Ali təhsil;
– İnsan resursları sahəsində 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi;
– Yalnız kişi namizədlər;
– AR Əmək qanunvericiliyinin əsaslarını əla səviyyədə bilməli;
– Sahə üzrə sertifikatlar üstünlükdür;
– Komanda daxilində işləmək bacarığı;
– Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması;
– ƏMAS, 1C(8.3) və Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd edərək recruitment@seabreeze.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur