Loqo İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Referans Klinik Laboratoriya Mərkəzidən İş Elanları və Vakansiyalar
Vakansiya haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün səhifəni sona kimi aşağı sürüşdürün və müraciət üçün bölməsində qeyd olunmuş whatsapp nömrəsinə ya da epoçt ünvanına CV göndərin

Loading

İnsan resursları üzrə mütəxəssis tələb olunur

4.6/5 - (7 səs)

Referans Klinik Laboratoriya Mərkəzi Vakansiya elan edir: İnsan resursları üzrə mütəxəssis tələb olunur

Vəzifə öhdəlikləri:
– İşə qəbul edilən işçilər ilə əmək münasibətlərinin Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşdirilməsi;
– İR üzrə kargüzarlığın aparılması;
– İR əməliyyatlarının vaxtında və qanunvericiliyin tələblərinə uyğun elektron portallarda qeydlərin aparılması;
– Məzuniyyət rəsmiləşdirilməsinin qanunvericiliyə uyğun tənzim və təşkili;
– Əmək haqqının düzgün hesablanması və ödənilməsini təşkil etmək və nəzarət etmək;
– Ezamiyyə prosesinin qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsi;
– Əmək və icra intizam hadisələrinin düzgün rəsmiləşdirilməsini təmin edilməsi;
– Əmək müqavilələrinin xitam/ləğv edilməsini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi;
– İşçi heyəti üzrə müvafiq hesabatları tərtib etmək və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
– Əmək qanunvericiliyi çərçivəsində risk və cərimə yaradacaq halların qarşısının alınması və aradan qaldırılması üçün daimi proseslərin izlənilməsi və tədbirlərin görülməsi;
– İR əməliyyatlarının şirkət daxili və digər proqram təminatlarında mütəmadı və vaxtında qeydlərin aparılması;
– İR əməliyyatları proseslərinin daim inkişaf etidirilməsi üçün təkliflərin verilməsi;
– Rəhbərlik tərəfindən veriləcək Əmək qanunvericiliyi ilə bağlı sorğuları və tapşırıqları icra etmək.

Namizədlərə tələblər:
– Bilik və göstəricilər: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi; Azərbaycan dili mükəmməl, ingilis və rus dillərinin biliyi arzuolunandır; MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi; Əmək qanunverciliyinin bilikləri.
– Təcrübə: İnsan resursları sahəsi üzrə 2 il (Səhiyyə/tibb sahəsində iş təcrübəsi arzuolunandır).
– Fərdi keyfiyyət tələbləri: Analitik düşüncə; Komandada işləmə bacarığı; Analitik düşünmə qabiliyyəti; İşi planlamaq bacarığı, Güclü kommunikasıya bacarığı.

İş rejimi:
– İş qrafiki: 09:00 – 17:00 (Bazar ertəsi – Cümə); Şənbə 09:00 – 14:00

Əmək haqqı:
– müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-poçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!