Azərimed şirkətindən Vakansiya: İstehsalat Həkimi tələb olunur
Tələblər:
• Yaş: 27-45 yaş;
• Təhsil: Ali tibb təhsili mütləqdir (ATU);
• Təcrübə: Əlaqədar sahədə (həkim terapevt və ya təcili tibbi yardım həkimi) minimum 2 il iş təcrübəsi;
• Sertfikasiyadan keçməsi üstünlükdür;
• Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmalıdır;
• Dil bilikləri; Azərbaycan dili (rus dilləri arzuolunandır).
Vəzifə öhdəlikləri:
• Şirkətin tabeçiliyində olan nəqliyyat vasitələri sürücülərinin gündəlik reys qabağı tibbi müayinələrini keçirir;
• İşçilərin vaxtaşırı tibb müayinəsinin təşkili, xəstəliklərin analizi, uçotu və profilaktik təklifləri verir; Dövrü tibbi müayinədən keçməli olan zərərli, təhlükəli istehsalat şəraitində işləyənlərin siyahısını tərtib edir;
• Təsdiq edilmiş siyahı əsasında hazırlanmış qrafikə uyğun olaraq işçiləri tibbi müayinədən keçmək üçün məlumatlandırmaq;
• Tibbi müayinədən keçən işçilərin uçotunu aparır;
• Sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə nəzarət edir;
• Xəsarət alan və ehtiyyacı olan işçilərə tibbi yardımın göstərilməsi.
İş şəraiti:
• İş qrafiki: I-V gün 08:00-15:00, VI gün 08:00-12:00
• Əmək haqqı: 500 AZN (Gross)
• Ünvan: Bakı dairəvi yol, Meyvəli bazarın yanı.
Müraciət üçün:
Maraqlanan namizədlər mövzu yerində “İstehsalat Həkimi” yazaraq CV-lərini cv@azerimed.com mail ünvanına göndərə bilərlər.