“Olivia” Beauty & Care-dan Vakansiya: Kassir tələb olunur
Təsvir
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş günləri: 6 iş günü, 1 gün istirahət;
Şirkət daxili təlimlər.
Tələblər
Maliyyə və mühasibat sahəsində natamam ali təhsil (Ali təhsil arzu olunandır);
Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı)
Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.
Son tarix:
10/10/2023
Müraciət üçün:
qlor.me/lmf74voau