Unibank Kommersiya Bankı Vakansiya elan edir: Gəncə, Kəpəz, Şəmkir, Tovuz, Şəki, Quba, Xaçmaz filialları üzrə könüllü tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərin qarşılanması;
– Müştərilərin istəyinə uyğun olaraq onların istiqamətləndirilməsi;
– Bankın məhsulları haqqında müştəriləri məlumatlandırmaq;
– Digər inzibati işlərin görülməsi
Namizədlərə tələblər:
– Ali təhsil;
– Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus dilini bilmək arzu olunandır);
– MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
– Müştərilərlə işləmək qabiliyyəti;
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
– Müştəri yönümlülük.
İş Rejimi:
– İş saatları: 09.00-dan 18.00-kimi
– İş rejimi: 5 günlük iş həftəsi
– İş yeri: Gəncə, Kəpəz, Şəmkir, Tovuz, Şəki, Quba, Xaçmaz filialları
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Könüllü” yazaraq BU LINKƏ ünvanına əlavə edib göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur