İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Music Gallery-dan İş Elanları və Vakansiyalar

Loading

Korporativ Satış üzrə kiçik mütəxəssis tələb olunur

4.5/5 - (12 səs)

Music Gallery mağazalar şəbəkəsi Vakansiya elan edir: Korporativ Satış üzrə kiçik mütəxəssis tələb olunur

Vəzifə öhdəlikləri:
– Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək;
– Yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq məhsullar haqqında məlumat vermək və onlarla görüşlər keçirmək;
– Mövcud korporativ tərəfdaşları daim diqqətdə saxlamaq və sorğular göndərmək;
– Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
– İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:
– Ali təhsil;
– Satış sahəsində təcrübə və ya satış yönümlü bilik və bacarıqlar;
– Musiqi alətləri ilə bağlı təhsil və ya bilik mütləqdir;
– 21-29 yaş aralığı;
– Əla səviyyədə azərbaycan dili və rus dili;
– Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
– Ünsiyyət və inandırma bacarığının olması;
– Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
– Hədəf yönümlü olmaq;
– Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq

İş rejimi:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:30-dan 18:30-kimi

Əmək haqqı:
– Aylıq məvacib 400-500 manat təşkil edir + Bonus (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Korporativ Satış üzrə kiçik mütəxəssis” qeyd etməklə BU LİNKƏ əlavə edib göndərmələri xahiş olunur
DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

×

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!