İnnovasiyalar Mərkəzi MMC Vakansiya elan edir: Korporativ satış üzrə mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərlə güclü əlaqələrin qurulması və saxlanılması
– Şirkətin məhsul və xidmətlərinin effektiv şəkildə təqdimatı və satışı
– Bazar araşdırmalarının aparılması və satış hədəflərinə çatmaq üçün strategiyaların hazırlanması
– Müştəri tələblərinin müəyyən edilməsi və onların ehtiyaclarına uyğun təkliflərin hazırlanması
– Satış məlumatlarının analizi və nəticələrə əsaslanaraq hesabatların hazırlanması
– Satış prosesinin hər mərhələsində müştərilərə dəstək göstərilməsi
Namizədlərə tələblər:
– Ali təhsil (Marketinq və ya əlaqəli sahələr üzrə)
– Satış sahəsində ən azı 2 il iş təcrübəsi
– Güclü ünsiyyət və təqdimat bacarıqları
– Analitik düşünmə və problem həll etmə qabiliyyəti
– Məsuliyyətli, nəticəyönümlü və komandada işləmə bacarığı
– Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır
– MS Office proqramlarını sərbəst istifadə etmə bacarığı
– Microsoft PowerPoint ilə sərbəst şəkildə layihə və məhsul təqdimatı hazırlamaq bacarığı
– KPI ilə işləmə bacarığı
İş rejimi:
– İş qrafiki : Tam iş günü (5 gün);
– İş saatları: 09:00-18:00
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Korporativ satış üzrə mütəxəssis” yazaraq hr@icenter.az e-poçt ünvanına əlavə edib göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur