Loqo İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Performance Center şirkətindən İş Elanları və Vakansiyalar
Vakansiya haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün səhifəni sona kimi aşağı sürüşdürün və müraciət üçün bölməsində qeyd olunmuş whatsapp nömrəsinə ya da epoçt ünvanına CV göndərin

Loading

Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri tələb olunur

4.6/5 - (8 səs)

Performance Center Vakansiya elan edir: Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri tələb olunur

Vəzifə öhdəlikləri:
– Tabeçiliyində olan mütəxəssislərin işini koordinasiya etmək, onların fəaliyyətinə və iş planının icrasına nəzarət etmək;
– Korporativ müştərilərlə əlaqələrin qurulmasını, Şirkətin avtomobil servisi bölməsinin ehtiyat hissələri və texniki xidmətlərinin səmərəli satışının yüksək səviyyədə təmin olunmasını təşkil etmək;
– Tenderlərin izlənilməsi və uyğun tenderə qoşulmanın təminatı;
– Bazarın təhlili,araşdırmaların və monitorinqlərin aparılmasının təşkili;
– İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
– Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
– Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
– Ümumi fəaliyyətə dair İdarə Heyətinə hesabatların verilməsi;
– Korporativ satış dövriyyəsinin artırılması hədəfinə çatmaq üçün əlaqədar struktur bölmələr ilə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
– Avtomobil Servisi bölməsində Ehtiyat hissələrinin satışını və texniki xidmətləri stimullaşdırmaq üçün alternativ təkliflərin hazırlanıb təqdim edilməsi;
– Korporativ müştərilərin hesab dövriyyələrinə nəzarət etmək, borc üzləşmələrinin aparılmasını təmin etmək.

Namizədlərə tələblər:
– Ali təhsil
– Yaş: 30-40
– Korporativ satışda rəhbərlik üzrə 2 il iş təcrübəsi
– İdarəetmə bacarığına malik olmalı
– Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
– Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq
– Təqdimat bacarığının olması
– Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
– Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
– Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

İş rejimi:
– İş qrafiki: Həftədə 5 iş günü
– İş saatı: 09:00-18:00

Əmək haqqı:
– aylıq məvacib 2000-2300 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Korporativ Satış və texniki xidmət şöbəsinin rəhbəri” qeyd edərək [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!