Eurolux şirkətindən Vakansiya: Kredit mütəxəssisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərə kredit məhsulları haqqında məlumatın verilməsi;
– Kredit müraciətlərinin qəbul və analiz edilməsi;
– Müştəri hesablarının aparılmasına dair xidmətlərin göstərilməsi;
– Daxil olan müraciətlərin vaxtında icra olunması və müvafiq sənədlərin tərtib olunması;
– Hissəvi satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumatın verilməsi;
– Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına daxil edilməsi;
– Kredit portfelinə nəzarətin həyata keçirilməsi;
– Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması
Namizədlərə tələblər:
– Ali təhsil;
– Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
– Kompüter bilikləri (MS Office, Logix proqramları ilə işləmə bacarığı);
– Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
– Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
– Riyazi hesablama aparmaq qabiliyyəti;
– Ünsiyyətcillik, təşəbbüskarlıq;
– Komandada işləmək bacarığı;
– Mükəmməl kommunikasiya qabiliyyəti;
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
İş Rejimi:
– İş günləri: 6 gün iş, 1 gün istirahət;
Əmək haqqı:
– maaş 600 manat Net təşkil edir (bonusla birgə minimum 900-1200 AZN)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Kredit mütəxəssisi” qeyd edərək hr@eurolux.az epoçt ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
