FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Bakıxanov filialı üçün Vakansiya: Kredit Yoxlanışı üzrə İşçi (Bakıxanov filialı) tələb olunur
Vəzifə öhdəlikləri:
Kredit Yoxlanışı üzrə İşçi, birbaşa rəhbərinin dəstəyi və nəzarətilə müştəri biznes və yaşayış ünvanına səfər edərək, təsdiq üçün təqdim olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd edilmiş məlumatların kreditvermədən öncə yoxlanışı üçün cavabdehdir.
Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;
Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan əmin olmaq;
Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadəetmə imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;
Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;
Namizədlərə tələblər:
Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili
İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində ən azı 6 aylıq iş təcrübəsi; o cümlədən, kreditlərə nəzarət, biznes və təsərrüfat kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır;
MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;
Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları; Texniki tələblər
Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması;
İş Rejimi:
İş qrafiki: I-VI günlər
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Kredit Yoxlanışı üzrə İşçi” qeyd edərək https://qlor.me/lofczhygd ünvanına əlavə edib göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
