Araz Supermarket MMC Layihə rəhbəri assistenti vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Tapşırıqlar üzrə araşdırma aparmaq, təhlil etmək və məlumat vermək;
– Təqvim yaratmaq, lazımi qeydləri aparmaq;
– Görüşlərin təşkil edilməsi və qeydlərin aparılması;
– Gələn məlumatları düzgün şəkildə toplamaq və izləmək;
– Layihələrlə bağlı kreativ yanaşma, təşkilinə dəstək, layihələrlə bağlı sorğuları yönləndirmə;
– Layihə rəhbərini proses gedişatı ilə bağlı davamlı məlumatlandırmaq:
Namizədlərə tələblər:
– Ali təhsil;
– Əlaqəli sahə üzrə minimum 1-2 il təcrübə;
– MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);
– Dil bilikləri: İngilis dili yüksək səviyyədə, Rus dili orta səviyyə;
– Yaxşı səviyyədə kommunikasiya bacarıqları,məsuliyyətlilik, idarəetmə bacarıqları.
İş rejimi:
– Nahar ilə təmin edilmə;
– 5 günlük iş qrafiki;
– Servis xidməti mövcuddur;
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihə rəhbəri assistenti” qeyd edərək Career@retail.az epoçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur