İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Euroservise-dan Real İş Elanları və Aktiv Vakansiyalar

Loading

Layihə rəhbəri (bəy) tələb olunur

5/5 - (4 səs)

Euroservise MMC Layihə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:
– Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
– Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
– Layihə üzrə Agentliyin təmsil edilməsi, müvafiq qurumlarla münasibətlərin qurulması və tənzimlənməsi;
– Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
– Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
– Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
– Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;

Namizədlərə tələblər:
– Ali təhsil;
– Dövlət Qurumlarında və yə digər əlaqəli müəssisələrdə layihə rəhbəri kimi ən azı 2 il iş təcrübəsi;
– Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
– Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
– Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
– Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
– Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
– Təşəbbüslər ilə çıxış etmək bacarığı;
– Gərgin iş rejimində işləmək bacarığı;
– Yaş 25-40
– Cins: Kişi

İş rejimi:
– İş günləri: I-V günlər
– İş vaxtı: 09:00-dan 18:00-kimi; şənbə günü 10:00-15:00

Əmək haqqı:
– Aylıq məvacib 800 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihə rəhbəri” qeyd edərək office@euroservise.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur

Loading

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!