Loqo İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Go Sport-dan İş Elanları və Vakansiyalar
Vakansiya haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün səhifəni sona kimi aşağı sürüşdürün və müraciət üçün bölməsində qeyd olunmuş whatsapp nömrəsinə ya da epoçt ünvanına CV göndərin

Loading

Mağaza Meneceri tələb olunur

4.4/5 - (8 səs)

Go Sport Gənclik Mall Vakansiya elan edir: Mağaza Meneceri tələb olunur

Vəzifə öhdəlikləri:
– Düzgün prioritetləri, gündəlik, həftəlik və aylıq fokus nöqtələrini müəyyənləşdirmək, mağazanın hədəf və məqsədlərinin vaxtında əldə olunmasını təmin etmək.
– Mağaza heyəti ilə keçirilən gündəlik/həftəlik/aylıq iclaslarda iştirak etmək.
– Gündəlik planların, cədvəllərin, xəbərlərin, əsas məqamların, problemlərin müəyyənləşdirilməsi, tapşırıq və rəylərin prioritetləşdirilməsi üçün cavabdehlik daşımaq.
– Faktiki satış prosesinin bütün aspektlərində iştirak etmək, lazım olduqda müştərilərə kömək etmək, məhsul haqqında tələb olunan məlumatı vermək, kassada satış prosesinin başladılmasına və bağlanmasına kömək etmək.
– Mağazaların effektivliyini artırmaq üçün gündəlik/həftəlik/aylıq və illik uğurlu satış planları işləyib hazırlamaq.
– Məhsullara nəzarət.
– Mağazanın brendlərin verdiyi göstərişlərə əsasən müvafiq qaydada nizamlanmasını təmin etmək üçün VM (Vizual Merçendayzinq) heyəti ilə yaxından əməkdaşlıq etmək.
– Malların qaytarılması və dəyişdirilməsi üzrə hesabatlara nəzarət etmək və onları yoxlamaq, tələb olunan bütün məlumatların qeyd olunmasını təmin etmək.
– Mağazanın satış heyətinin və digər heyət üzvlərinin işinə nəzarət etmək, işçilərə nəzarət etmək, tapşırıqları bölüşdürmək, işçilərin problemlərini idarə etmək və iş cədvəllərini hazırlamaq.
– İşçilərin işə götürülməsi ilə bağlı İR şöbəsinə kömək etmək, işçilərin təlimatlandırılması və inkişafı ilə məşğul olmaq.
– Hər bir işçinin vəzifəsi üzrə Əsas Effektivlik Göstəricilərinə nəzarət etmək.
– İşçilərin cədvəllərini gündəlik nəzərdən keçirmək, dəyişiklikləri, əvəzçilikləri, məzuniyyətləri, xüsusi məzuniyyət tələblərini təsdiq etmək.
– Tələbat və təlimatlar üzrə yeni məhsullar sifariş etmək və sifarişi müvafiq qaydada anbarda saxlamaqla mağazanın inventarizasiyasını idarə etmək, mağazanı inventarizasiya və yoxlama üçün hazırlamaq.
– Satışa çıxarıla bilən və bilməyən ehtiyatların hərəkəti prosesini idarə etmək və ona nəzarət etmək, mağazaya daxil olan və mağazadan çıxan hər hansı məhsul/mal, onların miqdarı, keyfiyyəti, istifadəsi və məqsədi üçün cavabdehlik daşımaq, anbar işçiləri ilə birlikdə malların qəbulunda iştirak etmək.
– Alış trendləri, müştəri tələbləri və ehtiyaclar üzrə təfsilatlı hesabatlar hazırlamaq.
– Yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək, müştəri problemlərini effektiv şəkildə aradan qaldırmaq.

Namizədlərə tələblər:
– Mağaza idarəçiliyi üzrə 5 illik təcrübə (son 3 il Mağaza müdiri kimi), şəbəkə mağazalar təcrübəsi: minimum 2.000 m2 satış sahəsi, idarə olunan min. 50 işçi.
– Mağaza büdcəsinin idarə edilməsi təcrübəsi.
– Məhsula və anbara nəzarətin idarə edilməsi, oğurluq və itkilərin qarşısının alınması üzrə təcrübə.
– Prosedurlarla işləmək təcrübəsi.
– Yeniliklərə və öyrənməyə açıq olmaq.
– Müştərilərə məhsulları tapmaqda kömək etmək üçün məhsulları məntiqi yerləşdirilməsini təşkil etmək bacarığı.
– Mağazanın statistik və maliyyə hesabatlarını verə bilmək bacarığı.
– Sağlamlıq və təhlükəsizlik qanunvericiliyinə əməl etməyi bacarmaq.
– İnzibati tapşırıqları yerinə yetirmək.
– Kompüter bilikləri (MS Office, Word, Excel və s.)

İş Rejimi:
– İş yeri: Go Sport Gənclik Mall

Əmək haqqı:
– müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mağaza Meneceri” qeyd edərək [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!