Supertoys oyuncaq mağazasının Badamdar və Əhmədli filialından Vakansiya: Mağaza meneceri (xanım) tələb olunur
Vəzifə öhdəlikləri:
– Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək
– Mağazaya təyin edilən hədəfə çatmaq
– Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək
– Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq
– Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək
– Satışları artırmaq məqsədi ilə marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək
– Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək
Namizədlərə tələblər:
– Dil bilikləri: rus dili-əla
– Kompüter bilikləri: MC Office – sərbəst işləmək
– İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq)
– Analitik düşüncə qabiliyyəti
– Retail sektorda mağaza meneceri kimi (idarəetmədə) minimum 1 il iş təcrübəsi mütləqdir
– Satış texnikası, idarəçilik qabiliyyəti
– 25-45 yaş arası xanımlar
İş rejimi:
– Ünvan: Badamdar və Əhmədli filialı
Əmək haqqı:
– maaş 1000-1200 manat təşkil edir (bacarıqdan asılı olaraq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat;
Müraciət üçün:
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Mağaza meneceri” qeyd edərək hr@supertoys.az ünvanına göndərə bilərlər.
DİQQƏT: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur
