AZERA Holding MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Marketinq planını hazırlamaq və rəhbərliyə təqdim etmək;
– Satış və marketinq KPİ nəticələrinin monitorinqi və hesabatı;
– Marketinq tədqiqatların aparılmasını, onun üçün zəruri olan informasiyanın toplanılmasını, işlənməsini və marketinq informasiya sisteminin yaradılmasını təşkil etmək;
– Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər vermək;
– Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil etmək;
– Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onların nəzarətini və təhlilini aparmaq;
– Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.
Namizədlərə tələblər:
– Təhsil: Ali təhsil( Marketinq sahəsi üzrə)
– Dil bilikləri: Azərbaycan dili, rus dilində səlis danışıq qabiliyyəti
– Kompyuter bilikləri: MS Office proqramlarında işləmək bacarığı, Adobe Illustrator and Photoshop bilmək üstünlükdür.
– İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
– Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət, planlama və analiz bacarığı;
– Rəqəmsal marketinq üzrə sertifikata malik namizədlərə üstünlük veriləcək.
İş rejimi:
– İş qrafiki : 09:00-dan 18:00-kimi
– İş rejimi: Həftə içi 5 gün
Əmək haqqı:
– Aylıq məvacib 1000-1200 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd edərək hr@azeraholding.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur