Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Matros vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
– Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman gəmi idarəetmə mərkəzində, gəmi limanda dayanan zaman nərdivanın yanında növbə çəkmək;
– Gəmi işlərinə və gövdə hissəsinə texniki xidmətdə iştirak etmək (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla);
– Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak etmək, mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük anbarlarını açmaq və bağlamaq;
– Şturman və sükan otaqlarının təmizliyini, siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılmasını təmin etmək.
Namizədlərə tələblər:
– Təhsil səviyyəsi: Gəmi sürücülüyü və ya dəniz naviqasiyası mühəndisliyi üzrə ali və ya orta ixtisas (subbakalavr) dənizçilik təhsili
– Tələb olunan minimum iş stajı: Tələb olunmur
– Tələb olunan kompüter bilik səviyyəsi: MS Office (arzuolunandır)
– Tələb olunan xarici dil bilik səviyyəsi: Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır)
– Hərbi xidməti: Hərbi biletin təqdim edilməsi zəruridir
İş rejimi
– Qurumun adı: ASCO-nun donanmaları
– Qurumun struktur bölməsinin adı: Üzən heyət
– Qurumun ünvanı: Bakı şəhəri, Zığ şossesi
– Vakansiyanın kateqoriyası: Sıravi heyət
– Əmək şəraiti: Dəniz
– İş vaxtının norması: Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun
– Sığorta təminatı: Tibbi sığorta
– İş yerinə çatdırılma: Var
Əmək haqqı:
– Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
– Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Matros” qeyd edərək BU LİNKƏ əlavə edib göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur