Loqo İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Azərimed şirkətində İş Elanları və Vakansiyalar
Vakansiya haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün səhifəni sona kimi aşağı sürüşdürün və müraciət üçün bölməsində qeyd olunmuş whatsapp nömrəsinə ya da epoçt ünvanına CV göndərin

Loading

Məhsul üzrə menecer tələb olunur

4.6/5 - (7 səs)

Azərimed QSC Vakansiya elan edir: Məhsul üzrə menecer tələb olunur

Vəzifə öhdəlikləri:
– Məhsulun satışının planlaşdırılması – bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;
– Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
– Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
– Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
– Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;
– Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması;
– Mütəmadi olaraq təqdimatların aparılması, konfransların, dəyirmi masaların və vebinarların təşkili

Namizədlərə tələblər:
– Yaş: 20-45;
– Tibb üzrə ali təhsil;
– Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
– Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;
– Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;
– Komandada işləmə bacarığı;
– Peşəkar ünsiyyət qurma bacarığı;
– İnkişafa və öyrənməyə meyilli;
– MS Office proqramları ilə işləmə bacarığı;
– Analitik təfəkkür;
– İşində dəqiq və məsuliyyətli;
– Yüksək səviyyədə təqdimat bacarığı;

İş Rejimi:
– İş qrafiki: I-V günlər
– İş saatı: 09:00-dan 18:00-dək

Əmək haqqı:
– aylıq məvacib 1600-2000 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Məhsul üzrə menecer” qeyd edərək [email protected] e-poçt ünvanına ya da (055) 455-84-04 Whatsapp nömrəsinə göndərmələri xahiş olunur.

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

XİDMƏT

Xadimə, Resepşn, Təmizlikçi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

Son iş elanları və vakansiyalar

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!