İşə Qəbul 2024: İş Elanları və Vakansiyalar
Vakansiya axtar
Generic filters
Pasha Mall - Paşa Malls / İş Elanları və Vakansiyalar

Loading

Məlumat xidmətləri üzrə assistent tələb olunur

4.5/5 - (18 səs)

PAŞA Malls-dan Vakansiya: Məlumat xidmətləri üzrə assistent tələb olunur

Vəzifə öhdəlikləri:
– Alış-veriş mərkəzinə gələn qonaqları qarşılamaq və salamlamaq, onları maraqlandıran sualları cavablandırmaq və maraq göstərdikləri mövzular üzrə əlavə məlumat vermək;
– Tələb olunduqda ticarət mərkəzi qonaqlarını məlumat kitabçaları ilə təmin etmək;
– Əlavə məlumat vermək məqsədi ilə maraqlı və potensial qonaqları müəyyən etmək;
– Tədbirlərdə nümayəndə qismində çıxış edərək təşkilatçılarla, digər heyət üzvləri və xüsusi qonaqlarla – menecerlər, sənətçilər və ərzaq təchizatçıları ilə əlaqə qurmaq. Həmçinin tədbirlər – zamanı müştərilərin arasında olaraq onların məmnun olub-olmadıqlarından əmin olmaq;
– Qonaqlarla üz-üzə, telefon və electron poçt vasitəsi ilə təmasda olmaq;
– Qonaqların sorğularına vaxtı-vaxtında cavab vermək;
– Qonaqların şikayətlərini həll etmək;
– Qonaqların sorğularını və şikayətlərini həll etmək məqsədi ilə lazımi məlumatları toplamaq;
– Sorğular və həlli tapılmayan məsələləri lazımi yerlərə yönəltmək;
– Sorğular, rəylər və şikayətləri təfərrüatı ilə qeyd etmək;
– Daxili şöbələrlə təmasda olmaq;
– Avtomobil dayanacağının itmiş biletləri ilə bağlı məsələləri həll etmək;
– Gündəlik hesabatları hazırlamaq (itmiş və tapılan əşyalar, işə icazə vərəqələri və s.)

Namizədlərə tələblər:
– Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarıqları;
– Qonaqlar ilə və müxtəlif kateqoriya işçilər ilə effektiv ünsiyyət qurmaq bacarığı;
– Güclü iş etikası;
– Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq;
– MS Office proqramları ilə işləyə bilmək;
– Eyni zamanda bir neçə iş ilə məşğul ola bilmə və güclü təşkilatçılıq bacarıqları;
– Mükəmməl vaxtı idarəetmə bacarıqları və işdə prioritet düzgün müəyyən etmə bacarığı;
– Detallara diqqət və problemləri həll etmək bacarığı;
– Birbaşa nəzarət olmadan məsuliyyəti öz üzərinə götürərək inzibati işləri və gündəlik gündəlik məsələləri təkbaşına həll etmək bacarığı nümayiş etdirmək;
– Həm böyük bir komandanın bir hissəsi kimi, eyni zamanda müstəqil işləmək bacarıqları;
– İntizamlı olmaq: davranış qaydaları, geyim kodu və s. kimi şirkət tələblərinə yüksək səviyyədə uyğunluq göstərmək

İş Qrafiki:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09.00-dan 18.00-kimi

Əmək haqqı:
– Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaqdır
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Məlumat xidmətləri üzrə assistent” yazaraq hr@pashamalls.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur

Ətrafınızda işə ehtiyac olan varsa, bu iş elanları onlarla paylaşın:

Oxşar iş elanları və vakansiyalar

Kateqoriya üzrə iş elanları və vakansiyalar

MÜHAFİZƏ

Mühafizəçi, Nəzarətçi, Gözətçi

LOQİSTİKA

Sürücü, Ekspeditor, Anbardar

TİBB

Əczaçı,  Həkim, Tibb bacısı

SATIŞ

Satıcı-kassir,  Satış məsləhətçisi

İnzibati heyət

Resepşn, Qeydiyyatçı, Çağrı Mərkəzi

TİKİNTİ

Elektrik, Fəhlə, Qaynaqçı, Santexnik,

MALİYYƏ

Kredit mütəxəssisi, Mühasib

MARKETİNQ

SMM, Dizayner, Marketinq mütəxəssis

XİDMƏT

Xadimə, Təmizlikçi, Ofisiant

insan resursları

HR, İşə qəbul üzrə mütəxəssis

TƏHSİL

Təlimçi, Müəllim, Tərbiyyəçi

Son iş elanları və vakansiyalar

0
Sualınız varsa - şərh yazınx
()
x

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB
YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!

BİZİM SOSİAL ŞƏBƏKƏLƏRƏ ABUNƏ OLUB YENİLİKLƏRDƏN MƏHZ SİZ BİRİNCİ XƏBƏRDAR OLUN!